Ukrayna Qərb raketlərilə Rusiyada hansı hədəflərə zərbələr endirmək istəyir?..
Ukrayna Qərb raketlərilə Rusiya ərazisində zərbə endirmək istədiyi hərbi obyektlərin siyahısını ABŞ və Böyük Britaniyaya artıq təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ukraynalılar əvvəlcədən ABŞ-ın verdiyi ATACMS ballistik raketlərindən Rusiyanın aviasiya bazalarına zərbələr üçün istifadə etmək istəyib.
Lakin Pentaqon bəyan edib ki, planlaşdırıcı bombaları buraxan təyyarələr Ukraynanın nəzarət etdiyi ərazilərdən ən azı 300 km aralıda yerləşən hava limanlarındadır. Bu, onları ATACMS-ın təsir zonasından çıxarır.
İndi Ukrayna raketlərdən Rusiyanın komanda və nəzarət mərkəzlərinə, silah və yanacaq anbarlarına, habelə Rusiya qoşunlarının toplaşdığı yerlərə zərbələr üçün istifadə etmək istəyir.
Amerikanın ATACMS raketlərindən başqa, Kiyev Böyük Britaniyanın verdiyi "Storm Shadow" və onların bənzəri olan Fransanın SCALP raketlərindən Rusiyaya uzaq məsafələrə zərbələr endirmək istəyir.
Britaniyanın ABŞ-ın "Storm Shadow" raketləri ilə bağlı məhdudiyyətlərin görürülməsinə icazə verməsini gözlədiyi zaman Fransadan olan diplomatik mənbə məlumat verib ki, Parisə Ukraynanın fransız raketlərindən istifadə etməsinə Vaşinqtonun icazəsi lazım deyil.
Ukrayna Qərb raketlərilə Rusiyaya zərbələr endirilməsinə icazə gözləyir
Xəbər verildiyi kimi, Ukrayna Qərb raketlərilə Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə qadağaların götürülməsinə nail olmaq istəyir.
Avqustun sonunda Ukrayna müdafiə naziri Rüstəm Ömərov məlumat verib ki, ABŞ Ukraynanın bu raketlərlə zərbələr endirmək istədiyi hədəflərin siyahısını əldə edib.
Bu məhdudiyyətlərin götürülməsinə imkan verməmək üçün Rusiya açıq-aşkar hətta Ukraynaya qalib gələ bilmədiyi halda, nümayişkaranə olaraq Qərb ölkələrini müharibə ilə təhdid etməyə başlayıb.
Ağ Ev etiraf edib ki, Rusiyanın blefini "çox ciddi" qəbul edib və Ukrayna üçün məhdudiyyətləri zəiflətməyi planlaşdırmır.