AZ

Finlandiyanın keçmiş baş naziri Qərbi qurbağaya bənzətdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qərb ölkələri hələ də öz komfort zonalarını tərk etmək istəmirlər və buna görə də Rusiyanın hərəkətlərinə reaksiya verməkdə geri qalırlar".
Oxu.Az RBC.ru-ya istinadən xəbər verir ki, bunu Finlandiyanın keçmiş baş naziri Sanna Marin Yalta Avropa Strategiyası (YES) forumunda bildirib.
"Biz qaynamaqda olan suda oturan qurbağa kimiyik. Su hələ ki, istidir - və biz bunu sevirik. Biz Çinlə ticarət etməyi, dəyərləri bizimkindən uzaq olan ölkələrlə əlaqələr qurmağı sevirik. Ancaq biz temperaturun getdikcə artdığını başa düşmək istəmirik," deyə Marin izah edib.
Siyasətçi informasiya məkanında bir çox fəaliyyətsizlik çağırışlarına diqqət çəkib. Onun fikrincə, dəyişiklik əleyhdarlarının mövqeyi "suyun temperaturu hələ də istidir, qaynar deyil" fikrinə bərabərdir.
"Həmçinin çağırışlar var ki, Ukraynanın problemləri bizim problemimiz deyil, hətta yardımı dayandırmaq kifayətdir və bu problem öz-özünə həll olunacaq" , - deyə keçmiş baş nazir vurğulayıb.
Xatırladaq ki, Marin 2019-2023-cü illərdə Finlandiya hökumətinə rəhbərlik edib, onun rəhbərliyi altında ölkə NATO-ya üzv olub.
Seçilən
150
50
oxu.az

10Mənbələr