AZ

Ürək bulanması nədən xəbər verir?  

Ürək Ürək bulanması nədən xəbər verir?

Mütəxəssislər ürək bulanmasının səbəblərindən danışıblar.

E-saglam.az championat.com-a istinadən xəbər verir ki, onlar bu halın nə vaxt gözardı edilməməsi lazım olduğunu qeyd ediblər.

Beləliklə, ürək bulanmasının mümkün səbəbləri aşağıdakılardan biri ola bilər:

- Stress və narahatlıq;

- Aclıq və ya çox tez yemək (mədədə qurultu və köp);

- Susuzluq (enerji itkisi, su istəyi və baş ağrısı);

- Ac qarına dərman içmək;

- Yellənmək;

- Mədə yanması;

- Bağırsaq infeksiyası (qarın ağrısı, köp, ishal, qızdırma, qusma);

- Miqren;

- Qulaq infeksiyası (başgicəllənmə);

- Hamiləlik;

- Ürək tutması (sinə ağrısı, nəfəs darlığı, tərləmə, çiyin və ya qol, boyun və ya çənə ağrısı).

Əgər bulantı iki gün ərzində keçmirsə, həkimə müraciət etmək vacibdir. (oxu.az)

E-saglam.az

Seçilən
126
24
e-saglam.az

10Mənbələr