AZ

Ümumdünya Şahmat Olimpiyadası: Azərbaycan milliləri Litva və Vyetnamla üz-üzə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan milliləri bu gün Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər.
Oxu.Az xəbər verir ki, VI turda Azərbaycanın kişilərdən ibarət seçmə komandası Litva ilə qarşılaşacaq.
Komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.
Qadınlardan ibarət seçməmiz isə Vyetnamla üz-üzə gələcək. Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb.
Kapitanı Mixail Şereşevski olduğu seçmə komanda Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.
Qeyd edək ki, qarşılaşma üçün heyətlər hələ müəyyənləşməyib.
Seçilən
13
50
oxu.az

10Mənbələr