Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bundan başqa, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Nazirliyin Cənub Regional Mərkəzi tərəfindən Lerik Rayon İcra Hakimiyyətində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Beynəlxalq Xəstəxanası və Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu İdman Kompleksində və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Təhsli Sektorunda, Şimal Regional Mərkəzi tərəfindən “Aztelekom” MMC-nin Şimal-şərq Regional Filialının Şabran şöbəsində, Aran Regional Mərkəzi tərəfindən Ağdaş rayonu Gürcüva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində və “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax dəmiryol stansiyasında, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad Mil-Muğan Regional Təhsil İdarəsində maarifləndirmə tədbirləri keçirilib. Bundan əlavə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.