AZ

Deputata məxsus şirkət qaydanı pozub

Dövlət Gömrük Komitəsi (DGK) "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati protokol tərtib edib. 

Şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham edilir. 

Bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. 

"Azəri Med" QSC Azərbaycanın tibb sektorunda fəaliyyət göstərən ən iri şirkətlərdən biridir. Şirkətin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir. Qarşı tərəf indiyədək bu iddianı təkzib etməyib. 

Seçilən
133
5
bizimxeber.az

10Mənbələr