AZ

Xatirə İslam kimdir? - Estetik əməliyyatla özünü yenidən yaradan müğənni

Hurriyyet.Az lent.az-a istinadən aktrisa, müğənni Xatirə İslam haqqında məlumat verir.

- Xatirə İslam nə zaman və harada anadan olub?

Xatirə Novruz qızı Əzizova 1981-ci il yanvarın 29-da Xankəndi şəhərində anadan olub.

- Xatirə İslam harada təhsil alıb?

Xankəndində 4 saylıməktəbdə birinci sinifədək təhsil alıb. Məcburi köçkün düşdükləri illərdə  Sabunçu rayonunda məskunlaşıblar və burada orta təhsilini bitirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur? 2000-ci ildən səhnədədir.

- Xatirə İslam başqa hansı peşənin sahibidir?

İlk ixtisası tibb bacısı olub. Hazırda sosial şəbəkələrdə blogger kimi çoxlu sayda izləyicisi də var.

- Xatirə nə üçün İslam təxəllüsünü götürüb?

O, Xalq artisti oaln müəllimi İslam Rzayevin adını təxəllüs kimi götürüb. Bu barədə danışan həmkarı Eldəniz Məmmədov belə deyib:

"İslam müəllim müsahibələrinin birində ən sevimli tələbəsi kimi Xatirənin adını çəkmişdi. Xatirənin İslam müəllimə maddi köməyi dəydiyini bilirdik. İslam müəllim onun adını ən əziz tələbəsi olaraq buna görə çəkə bilərdi.

Xatirənin şirin səsi var, öz janrında yaxşı oxuyur. Xatirə xanım İslam müəllimin həyat yoldaşı Tamara xanımla yaxın idi. Bəlkə İslam müəllim də Tamara xanıma xoş getsin deyə, Xatirə haqqında belə söz deyib. Muğam janrında oxuyanların yetmiş beş faizi İslam Rzayevin tələbələridir".

- Xatirə İslam plastik əməliyyat etdirib?

Bəli. O burnunda, dodaqlarında əməliyyat etdirdikdən sonra üzünün formasını tamamilə dəyişib, başqa bir insana dönüb. Hətta plastik əməliyyatlardan sonra sosial şəbəkələrdə Xatirə İslamı blogger Bayram Nurluya bənzədiblər.

Xatirə uzun illər artıq çəkidən əziyyət çəkib və nəhayət bədənşəkilləndirmə əməliyyatı ilə komplekslərinə son qoyulub.

- Xatirə İslam ailəlidir?

Bəli. O, Fəxrəddin adlı bəylə ailəlidir. Fəxrəddin bəy mayor rütbəsini daşıyır. Xatirənin Emil adlı bir oğlu var. o ikinci dəfə ana olmaq istəyir. Söz düşəndə deyir: "Oğlum atası kimi olsun bəsdir".

- Xatirə İslam ailəni, yoxsa sənətini üstün tutur?

Bir müsahibəsində deyib: "Mənim üçün birinci ailəm, evim, uşağımdır".

- Xatirə İslam kişilərdə əsas hansı xüsusiyyəti qiymətləndirir?

Bu barədə özü belə deyib: "Kişiyə ailəsinə, arvadına xəyanət eləməyi yaraşdırmıram. Bəzi kişilər var, içib evə gəlir, arvadını döyür, buna necə kişi deyəsən? Bəziləri də var, qazandığı pulu evə aparmaqdansa, sağa-sola, əyləncəsinə xərcləyir. Belə şeyləri yaraşdırmıram"

- Xatirə İslam çox səxavətlidir, yoxsa xəsis?

O bildirib ki, evlənəndən sonra  xəsisləşib: "Əvvəllər bədxərc idim.Yığıb dost-tanışı aparırdım başqa ölkələrə tətilə, nədir-nədir ki, bir az deyib-güləcəm. Amma o doqquz ay ki, mən evdə oturdum, biri də yanıma gəlmədi. Mənə dərs oldu. İndi çalışıram bir az qənaət edim, bədxərc olmayım".

- Xatirə İslam toylara neçəyə gedir? 

Yarım saatlıq 3 min manat, bütöv toy üçün 7 min manat qonorar tələb edir.

- Xatirə İslamın sponsoru olub?

"Əlbəttə, şəxsi büdcəmlə məşhurlaşmışam. Mən sponsor-zad bilmirəm. Gəlin, razılaşaq ki, Azərbaycan şou-biznesində özlərini gülünc vəziyyətə qoyub, efirlərdə reklam olunan xanım müğənnilər də var . Ancaq Türkiyə şou-biznesində bu kimi hallar düzgün qəbul olunur.

Azərbaycanlılar xarici müğənnilərə 70 min dollar vəsait ayırıb Bakıya dəvət edirlər. Ancaq bizimkilər nəsə edəndə tez yozmağa başlayırlar. Tanınmış sima özünə yeni maşın və ya ev alanda bizimkilərdə fikir yaranır ki, onu imkanlı şəxs saxlayır. Ancaq bilmirlər, əksəriyyətinin sürdüyü maşın bankda kreditdədir. Elə öz sürdüyüm maşını da kreditlə almışam. Əksər sənətçilərimizin sənətinə və şəxsiyyətinə hörmət edib onlara hədiyyə alanlar da var.", - o deyib.

- Xatirə İslam taleyindən razıdır?

"Bəli. Çox razıdır və özünü xoşbəxt hesab edir: "Mən naşükür deyiləm. Bütün var-dövlətim ailəm və uşağımdır".

- Xatirə İslam nəyin peşmanlığını yaşayır?

"İndiki ağlım olsaydı bəlkə hər şey başqa cür olardı. Bəzi adamlara lazımından çox qiymət vermişəm, gərək daha diqqətli olardım".

-  Xatirə İslam ailə qurandan sonra da açıq-saçıq geyimlərə üstünlük verdi. Bunun səbəbi nə idi?

O arıqladıqdan sonra istədiyi geyimləri geyinməyə başladı.

"Açıq-saçıq libaslar mənə də yaraşsa geyinərəm. Səhnə adamı fərqli olmalıdır. Bir çox müğənnilərimiz var ki, onlara açıq geyimlər yaraşır. Adlarını çəkə bilməsəm də, onu deyə bilərəm ki, kimə necə yaraşırsa, elə də geyinməlidir" - o deyib.

- Xatirə İslam niyə disk buraxmır?

"3 ildir ki, disk çıxartmıram. Çünki bizim ölkədə disk alanların sayı çox azdır. Lazım olan mahnını da internetdən əldə etmək mümkündür".

- Xatirə İslam xaricə köçmək niyyətindədir?

Müğənni Xatirə İslam  may ayında ailəsi ilə birgə Rusiyaya köçəcəyii deyib.

O bildirib ki, həyat yoldaşının işləri ilə əlaqədar bu qərarı veriblər.

"Biz bir neçə illik müvəqqəti olaraq Moskvada yaşayacağıq. Fəxrəddinin kursu, işləri var. Amma burada da olacağam. Haradasa sentyabrdan Moskvada olacağıq. Mən gedib-gələcəyəm", - o deyib.

Seçilən
45
50
hurriyyet.az

10Mənbələr