Rumıniyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 11,3 min nəfərin yaşadığı Nehoyu şəhərindən 17 km şimal-şərqdə yerləşib. Yeraltı təkanlar Ukrayna, Moldova və Bolqarıstanda da hiss olunub.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
Tarix: 16 Sentyabr 2024, 21:59