AZ

Dövlət Departamenti Azərbaycan və Ermənistan XİN başçılarını bir araya gətirmək istəyir

“Biz həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin görüşü ilə bağlı planlara dair suala cavabında deyib. O, hazırda görüşlə bağlı hər hansı məlumatın olmadığını əlavə edib.

“Biz davamlı və layiqli sülh razılaşmasını əldə etməsi istiqamətində hər iki ölkəni dəstəkləməkdə davam edirik. Tərəflər sülh sazişinin yekunlaşması ilə bağlı əhəmiyyətli irəliləyiş əldə ediblər. Biz bacardığımız bütün istiqamətlərdə, o cümlədən əgər bu kömək edərsə, görüşlərin təşkili ilə bağlı dəstəyimizə sadiqik”.

Seçilən
15
50
publika.az

10Mənbələr