AZ

Günün qoroskopu: Heç kimin yardımına bel bağlamayın!

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - qarşınıza qoyduğunuz məqsədlər arasında ən mühümünü seçin, ona çatmağa can atın. Digər məsələlər ikinci dərəcəlidir. Diqqətinizi dağıtmayın. Yeni işdə fəndgir, hiyləgər olun. Yaxın ətrafınızdakı insanlar sizə inanmalıdır.

Günün ikinci yarısında rutin və adi işin yerinə yetirilməsində çətinliklər yarana bilər. Yeni tərəfdaşlarla təmaslarda diqqətli olun. Aşkar münaqişələrə qatılmayın, rəqabətdə fiqura çevrilməyin.

Mənasız intriqalar münasibətləri korlaya bilər.

Buğa - günün ilk yarısından maksimal dərəcədə effektiv istifadə etməyə çalışın. Məhsuldar, səmərəli zamandır. Peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edə bilərsiniz. Hədəf və məqsədlərinizi dəqiqləşdirin. Yazılmamış qanunları, ənənələri müvəqqəti olaraq unuda bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan biri sizə iradını bildirərsə, fikir verməyin.

Günün ikinci yarısında qətiyyətli olun. İstirahəti, qüvvələrinizi bərpa etməyi unutmayın. Saatlar keçdikcə işgüzar fəallığınız səngiyə bilər. Tənha qalmaq, müstəqil çalışmaq istəyəcəksiniz. Hansısa məsələnin yaxınlarınızla müzakirəsi üçün münasib zaman deyil.

Əkizlər - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclüdür. Nə istədiyinizi dəqiqləşdirin. Kompromislərə razılaşmayın. Peşəkar qabiliyyətləriniz və şəxsi məziyyətlərinizi yaxşı nümayiş etdirməyinizə imkan verəcək sifariş, təklif ala bilərsiniz.

Günün ikinci yarısında həyatınızda xoş dəyişikliklər olacaq. Saatlar keçdikcə ilk baxışdan mürəkkəb təsir bağışlayacaq yeni sifarişlər istisna deyil. Bədbinliyə qapılmayın, ruhdan düşməyin. Məqsədə çatmaq üçün izafi səylərə, ifrat zəhmətə ehtiyac yoxdur. Məntiqli, fəndgir olun.

Xərçəng - emosional fon stabil deyil. Mürəkkəb, qarışıq gündür. Bədbinliyə qapılmayın. Bu yaxınlarda başladığınız işə marağı itirməyin. Qəmlənməyin. Yaxşı məsləhətlərə qulaq asın, yardımlardan imtina etməyin. Yaxınlarınızın dediklərini diqqətlə dinləyin. Yaranmış ağır situasiyadan çıxış yolu var.

Günün ikinci yarısında situasiya sürətlə dəyişməyə başlayacaq. Axşam saatlarına yaxın işgüzar aktivliyiniz arta bilər. Ümumi kommersiya maraqlarınızın olduğu insanlarla əməkdaşlıq şərtlərini müzakirə etməyə dəyər. Birgə fəaliyyət planları qurmaq olar.

Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.

Şir - işlər pis deyil. Hər şey planlaşdırdığınız təki deyil. İmprovizələri unutmayın. Hamının öyrəşdiyi və adət etdiyi metodlardan, ənənəvi yollardan istifadə etməyin. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Çoxdan bəri əlaqə qurmaq istədiyiniz insanın diqqətini cəlb edin.

Günün ikinci yarısında səhhətinizdə problemlər istisna deyil. Xroniki ağrılar yenidən başlaya bilər. Profilaktik tədbirləri təxirə salmayın. Səhhətinizə, sağlamlığınıza nə qədər diqqətli yanaşsanız, özünüzü bir o qədər yaxşı hiss edəcəksiniz.

Axşam saatlarında gəzintiyə çıxın.

Qız - iş və karyeranı diqqət mərkəzində saxlasanız, uğur qazanacaqsınız. Məhsuldar fəaliyyət göstərin. Yaxın ətrafınızdakı insanlar, işdəki həmkarlar bunu görəcəklər. Gərəkli vaxtda gərəkli yerdə olmağa çalışın. Nüfuzlu insanla ünsiyyət qurun.

İndiyədək sizi bəyənməyən, sərt tənqid edən insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət dəyişikliklər üçün səy göstərin. Təşəbbüskar olun. Sevdiyiniz insanı sevindirməyə çalışın. Əvvəllər yol verdiyiniz səhvin fəsadlarını aradan qaldırmaq üçnü bütün mümkün variantları nəzərdən keçirin.

Axşam saatlarında normal istirahət edin.

Seçilən
140
50
publika.az

10Mənbələr