AZ

ABŞ Azərbaycan və Ermənistan XİN başçılarını bir araya gətirmək imkanlarını nəzərdən keçirir -DÖVLƏT DEPARTAMENTİ

“Biz həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini bir araya gətirmək imkanlarını nəzərdən keçiririk”.

 

Senzor.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin görüşü ilə bağlı planlara dair suala cavabında deyib. 

 

O, hazırda görüşlə bağlı hər hansı məlumatın olmadığını bildirərək əlavə edib: “Biz davamlı və layiqli sülh razılaşmasını əldə etməsi istiqamətində hər iki ölkəni dəstəkləməkdə davam edirik. Tərəflər sülh sazişinin yekunlaşması ilə bağlı əhəmiyyətli irəliləyiş əldə ediblər. Biz bacardığımız bütün istiqamətlərdə, o cümlədən əgər bu kömək edərsə, görüşlərin təşkili ilə bağlı dəstəyimizə sadiqiq”.

Seçilən
8
50
senzor.az

10Mənbələr