AZ

DİN: Ötən gün 10 tüfəng və 1 tapança təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, sentyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 1 tapança, 6 tüfəng və 27 patron darağı təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

Seçilən
105
13
ikisahil.az

10Mənbələr