Ukrayna Silahlı Qüvvələrinin 60 min əsgəri Avropa İttifaqında hərbi təlim keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Valdis Dombrovskis Avropa Parlamentinin iclasında çıxışı zamanı bildirib.
"2022-ci ilin noyabrında Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyası və ya EUMAM fəaliyyətə başlayıb və Aİ ərazisində 60.000 Ukrayna əsgərinə təlim keçib. Yeni hədəf qışın sonuna kimi daha 15 000 əsgərin hazırlanmasıdır, yəni ümumilikdə 75 000 Ukrayna əsgəri təlim keçmiş olacaq. EUMAM-ın strateji baxışı missiyanı inkişaf edən şəraitə və Ukraynanın ehtiyaclarına uyğunlaşdırmaq üçün davam edir. Biz NATO-nun Ukrayna üçün Təhlükəsizlik və Yardım Təlimləri ilə yaxından əlaqələndirəcəyik”, - Valdis Dombrovskis deyib.
Bundan əvvəl RİA Novosti xəbər verib ki, Ukrayna Silahlı Qüvvələrinin 250 eksperti pilotsuz təyyarələrin istehsalı üzrə təlim keçmək üçün Suriyanın İdlib şəhərinə gedib.
Alpər