Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.
Məlumatı DİN mətbuat xidməti verib.
Sentyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 6 tüfəng və 27 patron darağı təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng də aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ