AZ

İsrail Hizbullahın rabitə cihazlarını necə partladıb?

Beyrut,TurkicWorld

İsrailin bu gün (çərşənbə axşamı) Livan və Suriyada eyni vaxtda yüzlərlə Hizbullah üzvünün rabitə cihazını partlatmaq üçün təşkilatın kommunikasiya dalğasına necə nüfuz etdiyi olduqca maraqlıdır.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, anonim qalmağı üstün tutan bir rabitə mütəxəssisi açıqlamasında qeyd edib ki, hər bir tezlik diapazonunun özünəməxsus dalğa qəbul etmə qabiliyyəti var və tezliyə daxil olmaqla onu dəfələrlə yükləmək olar ki, bu da ona qoşulan cihazların batareyalarının qızmasına və beləliklə partlamasına gətirib çıxarır.

Hizbullah üzvlərinin istifadə etdikləri və İsrailin hədəfində olan bəzi cihazların temperaturu selsi üzrə 120 dərəcəyə çatıb.

Rabitə texnologiyaları üzrə ekspert Amer Əl-Tabş hücumun ssenarisini izah edərək deyir ki, İsrail “Hizbullah üzvlərinin istifadə etdiyi dalğanı tuta bilib və onu pozub, batareyanın nasazlığına və partlamasına səbəb olan çoxlu sayda mesaj göndərib.

“Bu batareyaların əksəriyyətinin Litium batareyalarıdır, yəni onların partlaması çox zərərlidir və ciddi xəsarətlərə və ya onun tərəfində olarsa, insanın ölümünə səbəb olur. Peycerlər əsasən 1990-cı illərdə, xüsusən də həkimlər və təhlükəsizlik işçiləri tərəfindən istifadə olunurdu”-deyə o bildirib.

Seçilən
33
38
turkic.world

10Mənbələr