AZ

"Roma" De Rossi ilə yollarını ayırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İtaliyalı mütəxəssis Daniele De Rossi "Roma"nın baş məşqçi postunu tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Roma" Daniele De Rossini əsas komandanın baş məşqçisi vəzifəsindən azad etdiyini açıqlayıb.
Klub bu qərarı komandanın maraqlarına uyğun olaraq, mövsümün hələ başlanğıcında olduğu bir vaxtda istədiyi yolu tez bir zamanda davam etdirə bilməsi üçün verdiyini açıqlayıb.
Qeyd edək ki, "Roma" 2024/2025 mövsümü üçün İtaliya çempionatının turnir cədvəlində 16-cı yerdədir. Komanda dörd görüşdə üç xal toplayıb.
Seçilən
136
50
oxu.az

10Mənbələr