Moskvada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev Moskva Hərbi Qarnizonu Məhkəməsinə aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Moskva Qarnizonu Hərbi Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçəcək. Məlumata görə, bu ilin fevralında Paşayev həbsdə olan bloger Yelena Blinovskayanın əri Aleksey Blinovski ilə şəxsi görüşü zamanı adamı inandırıb ki, böyük pul mükafatı müqabilində onu cinayət məsuliyyətindən azad edəcək.
Rusiya İstintaq Komitəsi Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açıb. Vəkil sentyabrın 17-də Moskvada şöbə əməkdaşları tərəfindən saxlanılıb.
Gülayə Mecid