İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 272-yə yüksəlib. Missiya.Az xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, son 24 saat ərzində həyata keçirilən hücumlarda 20 fələstinli həyatını itirib, 54 fələstinli isə yaralanıb.İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralıların sayının isə 95 min 551-ə yüksəlib.Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.Leyla SƏMƏNDƏRMissiya.Az