AZ

Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət etdilər - FOTO/VİDEO

Azərbaycan Respublikasında akkreditə edilmiş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri və hərbi attaşeləri sentyabrın 18-də Kəlbəcərə səfərləri çərçivəsində Kəlbəcər rayonunda dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçirilir.

Xatırladaq ki, Kəlbəcərə səfərləri çərçivəsində diplomatlar bundan əvvəl Suqovuşan və Sərsəng su anbarlarında, Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasında olublar.





Bizim.Media

Seçilən
17
50
bizim.media

10Mənbələr