AZ

Azər Məmmədov: "Azərbaycan qazlaşma səviyyəsinə görə dünyada birincidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Hazırda Azərbaycanda qazlaşma səviyyəsi 97%-ə yaxınlaşır ki, bu da dünyada bir nömrəli göstəricidir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Bakıda keçirilən Birinci Beynəlxalq "Caspian Gas İndustry Forum"da bildirib.
"Azərbaycan bu baxımdan Niderland, Gürcüstan, İtaliya kimi ölkələri üstələyir", - deyə o qeyd edib.
"Bu gün "Azəriqaz"ın qazpaylayıcı şəbəkəsinin ümumi uzunluğu 73 min kilometrdən çox, qurumun abonentlərinin sayı 2 milyon 600 minə yaxındır. Ölkədə qazlaşma sürətlə davam edir. "Azəriqaz"ın əsas problemlərindən biri köhnəlmiş infrastrukturdur. Bu gün bəzi boru xətlərinin yaşı 70 ildən artıqdır. Təbii ki, bu boru xəttini dəyişmək lazımdır, amma o işləyə də bilər", - deyə A.Məmmədov əlavə edib.
Seçilən
142
50
oxu.az

10Mənbələr