AZ

Xərçəngin “qalxanı”nı məhv etməyin yolu tapıldı: YENİ KƏŞF

Lund Universitetinin isveçli alimləri xərçəng şişlərinin müalicəsində maraqlı kəşfə imza atıblar. 

Onlar bu şişləri orqanizmin immun sisteminin xərçəng şişlərinin məhvinə mane olan qoruyucu maneədən məhrum etməyin yolunu tapıblar. 

“Cebheinfo.az” xəbər verir ki, tədqiqat “Science” elmi jurnalında dərc olunub.

Yeni yanaşma xərçəng hüceyrələrinin cDC1 immun hüceyrələrinə yenidən proqramlaşdırılmasını nəzərdə tutur. Bu da şiş ətrafındakı “qalxanı” parçalayır və immun T hüceyrələrinin xəstə toxumaları aradan qaldırmasına imkan verir.

Tədqiqatçılar digər hüceyrə növlərini cDC1 hüceyrələrinə çevirmək üçün istifadə edilə bilən üç transkripsiya faktorunu müəyyənləşdirib və sonra yenidən proqramlaşdırılmış hüceyrələri şiş baryerinə daşımaq üçün bu hüceyrələrdən genetik ardıcıllıqları virusa daxil ediblər.

Komanda onların yenidən proqramlaşdırılmış hüceyrələrini petri qabında şiş toxumasına yeritməklə sınaqdan keçirib.

Alimlər təcrübələri siçanlar üzərində təkrarladılar, lakin ikinci sınaqda gəmiricilərə şiş hüceyrələrinin ümumiyyətlə yayılmasını dayandıran immunoterapiya dərmanları veriblər.

Tədqiqatçılar həmçinin müalicənin siçanları şiş hüceyrələrinin gələcək işğalından qoruyan T hüceyrələrinin sayını artırdığını aşkar ediblər.

Onların yanaşmasının insanlarda işləyə biləcəyini öyrənmək üçün tədqiqat qrupu bunu laboratoriyada insan hüceyrələrində sınaqdan keçirib və metodun eyni dərəcədə işlədiyini üzə çıxarıb.

Alimlər ümid edirlər ki, onların yanaşması xərçəngin müalicəsində irəliləyişlərə səbəb olacaq.

Seçilən
103
31
cebheinfo.az

10Mənbələr