İsrailin müdafiə naziri Yoav Qalant müharibənin yeni mərhələsinin başladığını elan edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o qeyd edib ki, söhbət hərbi əməliyyatların ağırlıq mərkəzinin şimal cəbhəsinə köçürülməsindən gedir.
"Biz müharibənin yeni mərhələsinin başlanğıcındayıq", - deyə Qalant bildirib.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri ordunu şimala doğru aparır. O, İsrail əsgərlərinin “girovları da unutmadığını” vurğulayıb.
"Şimaldakı əməliyyata “bütün orqanlar” qoşulub və onun qarşısında “sadə iş” – məskunlaşan ərazilərin sakinlərini evlərinə qaytarmaq qalır", - deyə nazir bildirib.