Milli Hidrometeorologiya Xidmətindən Olaylar-a verilən məlumata görə, havanın temperaturu gecə 14-18°, gündüz 22-25° olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18°, gündüz 23-28°, dağlarda gecə 5-9°, gündüz 10-15° olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31