AZ

ABŞ-də vitse-prezidentliyə namizəd: "Kamala korrupsiyalaşmış bir maşının təkərində vintdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son müsahibəsində ABŞ-nin Respublikaçı Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens, hazırkı vitse-prezident Kamala Harrisin dünya üzrə münaqişə ocaqları ilə bağlı danışıqlar aparmaq qabiliyyəti ilə əlaqədar ciddi narahatlığını ifadə edib.
Oxu.Az xəbər verir ki, Vens Kamalanı çox korrupsiyalaşmış bir maşının təkərində kiçik bir vint adlandırıb.
"Onun dünya üzrə münaqişə ocaqları ilə bağlı liderlərlə danışıqlar aparacağını düşünəndə qorxuram", - deyə Vens bildirib.
Vitse-prezidentliyə namizədi xüsusilə Rusiya və Ukrayna münaqişəsi ətrafındakı vəziyyət narahat edir. "Əgər birdən Rusiya və Ukrayna müharibəsi regional müharibədən daha böyük bir şeyə çevrilərsə, bilmirəm, bu Harrisin köməyinə gələcəkmi. Düşünürəm ki, bu barədə düşünmək belə çox təhlükəlidir, çünki yüzlərlə və minlərlə insan öləcək", - deyə Vens vurğulayıb. Onun sözlərinə görə, münaqişənin eskalasiyası halında o, ölkə və bütün bəşəriyyət üçün qorxardı.
Eyni zamanda, Vens keçmiş ABŞ prezidenti Donald Tramp haqqında xoş sözlər deyib, onu "əla prezident" adlandırıb.
Seçilən
98
50
oxu.az

10Mənbələr