AZ

Uşaq evində döyülən yeniyetmə başqa müəssisəyə yerləşdirildi - VİDEO

Bakıda 13 yaşlı yeniyetmənin 8 gündür ki, Xətai rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 3 saylı uşaq evindən qaçaraq küçələrdə yaşadığı haqda məlumatlar yayılıb.

"Unikal" xəbər verir ki, özünü Ramal kimi təqdim edən yeniyetmə ARB TV-də yayımlanan “Səni axtarıram” verilişinə gələrək ağır ittihamlar səsləndirib.  

O iddia edib ki, həmin müəssisədə uşaqları kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyürlər, təhqir edirlər. Xüsusən bunu uşaq evindəki digər uşaqlara tapşırırlar: “Mən orada qalmaq istəmirəm, bizi hər gün “veşalka” ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb...

Sözügedən məsələ ilə bağklı Sosial Xidmətlər Agentliyindən məlumat verilib.  Bildirilib ki, hazırda Agentlik tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır. 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ramal Rəsulov artıq Sosial Xidmətlər Agentliyinin digər müəssisəsinə yerləşdirilib.

Seçilən
132
50
unikal.az

10Mənbələr