Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir.
Söhbət Grigor Atanesian-ın Böyük Britaniyaya məxsus “unherd.com” saytında işıq üzü görən “The Armenian catastrophe. The small nation chose war, not compromise” (Erməni fəlakəti. Kiçik xalq kompromisi yox, müharibəni seçdi) adlı yazısından gedir.
“Müxtəlif administrasiyaların diplomatik səylərinə baxmayaraq, erməni tərəfi heç vaxt beynəlxalq ictimaiyyətə öz mövqeyini qəbul etdirməyə nail ola bilmədi”, – tarixçi və diplomat Jirair Libaridian 2020-ci ildə mənə belə demişdi. Grigor Atanesian belə yazır. Və qeyd edir ki, Ter-Petrosyanı sıxışdıran siyasi sərt xətt tərəfdarları tezliklə başa düşdülər ki, kompromisdən başqa seçim yoxdur. Keçmiş Qarabağ komandiri Serj Sarkisyan da onlardan biri idi. 2008-ci ildə prezident olduqdan sonra o, ciddi danışıqlar apardı və işğal edilmiş yeddi rayondan beşinin dərhal geri qaytarılmasını nəzərdə tutan plan irəli sürdü. Qərb və Rusiya bu planı dəstəklədi, lakin Azərbaycan maraq göstərmədi. Və hələ sövdələşmə masaya qoyulmazdan əvvəl Sarkisyanın vaxtı bitdi. Müxalifətin kütləvi aksiyaları paytaxtı iflic etdi və Sərkisyan istefaya getməli oldu. Etirazların lideri Nikol Paşinyan adlı az tanınan deputat növbəti seçkidə qalib gəldi. Və o, Ermənistanın müstəqil tarixində ən populyar liderə çevrildi - təvazökar mənzildə yaşadığına və köhnə maşın sürdüyünə görə o, xalqın adamı kimi göründü. Onun anti-korrupsiyaya qarşı mübarizə çağırışı yeni bir dövrün müjdəçisi kimi görünürdü.
Son 30 ildə Qarabağda erməni varlığını qoruya biləcək müxtəlif variantlar müzakirə olunub.
"Azadlıq və ya ölüm, biz fərqli bir seçim görmədik. Ona görə də biz ölümü seçdik”, – jurnalist Tatul Akopyan bir dəfə belə yazmışdı. Və şanlı keçmişin xəyallarına düçar olmuş kiçik xalqlar üçün bizim başımıza gələnlər bir xəbərdarlıq olmalıdır...
Diqqətinizi bir daha bəhs etdiyim məqalənin başlığına cəlb etmək istərdim: “Erməni fəlakəti. Kiçik xalq kompromisi yox, müharibəni seçdi”.
Elbəyi Həsənli.
Sürix
MİA.AZ