Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Bolqarıstan çempionatında 2024/2025 mövsümünün 9-cu turunun oyunları keçirilib.
Azərbaycanlı futbolçunun komandası bu turda Plovdiv “Botev”i ilə qarşılaşıb. Doğma meydanda baş tutan bu oyunda “Arda” qalib gəlib – 1:0.
Hüseynov bu görüşün 86-cı dəqiqəsində meydana buraxılıb.
“Arda” 9 turdan sonra 14 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 43 rəsmi oyuna çıxıb, 1 qol vurub.