AZ

"Toya gedən müğənni fəxri ad almamalıdır" - Sayqa Cahid

Prodüser və telejurnalist Sayqa Cahid "Günə bax" verilişində maraqlı açıqlamalar edib.

Mynews.az xəbər verir ki, peşəkar prodüser fəxri ad almaq istəyən bəzi müğənniləri qınayıb.

O, "Bəzi gənc ifaçılar var ki, yaşları az olsa da incəsənətimiz üçün kifayət qədər iş görüblər. Ona görə də fəxri adları var. Amma maraqlısı budur ki, bu gün fəxri ad istəyənlər yalnız pop, estrada, caz oxuyan sənətçilər deyil. Normal haldır ki, fəxri adlar bütün sahələrdə olan incəsənət insanlarına verilməlidir. Burada aşıq da ola bilər, muğam ifaçısı da, estrada oxuyanı da. Amma toy ifaçıları bu sıralamada olmamalıdır. Onlar bu gün dəxlisiz bir mahnının üstündə bir-birilərini qırıb gündəm olurlarsa, sabah Əməkdar artist adı üçün nələr etməzlər? Hər zaman, hər hansı bir mahnının üstündə belə qırğınlar gedirsə, sonda o mahnı da  plagiat çıxır" deyə bildirib.

Seçilən
136
mynews.az

1Mənbələr