İsrail öz düşmənlərinə hücum etməyə davam edəcək.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"İsrail vətəndaşları, bizim böyük nailiyyətlərimiz var, lakin iş hələ görülməyib. Qarşıdakı günlərdə ciddi çətinliklərlə üzləşəcəyik və onlarla birlikdə qarşılaşacağıq. Düşmənlərimizə zərbələr endirməkdə, sakinlərimizi evlərinə qaytarmaqda və bütün məhbuslarımızı geri qaytarmaqda davam etməkdə qərarlıyıq", - baş nazir bildirib.