AZ

Bakı müharibəyə hazırlaşmalıdır - Solonnikovdan şok

Qərb Cənubi Qafqaz üzərində nəzarəti bərqərar etmək üçün öz mövqeyini və siyasətini irəli aparmağa davam edir. Azərbaycana qarşı siyasi informasiya müharibəsi gedir. Azərbaycan Ermənistanın işğalı altında olan ərazilərini geri qaytarmazdan əvvəl ona qarşı aparılan müharibənin eynisi həyata keçirilir.

Aktual.az xəbər verir ki, bunu "Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Dmitri Solonnikov deyib.

"Deyə bilərik ki, Bakı ilə bağlı bu siyasi informasiya müharibəsi bitmədi. Bu müharibə, ümumiyyətlə, Birinci Qarabağ müharibəsi ilə yanaşı başladı - Amerika 1992-ci ildə keçmiş sovet respublikalarına yardım göstərməyi nəzərdə tutan qondarma "Azadlığa Dəstək Aktı”nı qəbul etdikdə. Yəni, o zaman Vaşinqton qərara gəlib ki, işğalçı Ermənistanı deyil, Azərbaycana qarşı ittiham siyasətini təbliğ etsin”, - o bildirib.

Solonnikov vurğulayıb ki, Fransa məlum səbəblərdən - ölkədə nüfuzlu erməni diasporunun olmasına görə İrəvana rəğbət bəsləyir:

"İkinci Qarabağ müharibəsindən sonra isə informasiya siyasəti ilə bağlı vəziyyətin dəyişəcəyi görünürdü. Amma təbliğat və vəziyyəti alt-üst etmək nəinki dəyişmədi, əksinə, bu siyasət daha da genişləndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ildən-ilə daha da güclənir. Bu, ABŞ və Fransanın xoşuna gələ bilməz. Azərbaycan və Ermənistan sülh sazişi imzalasa belə, İrəvanın ona əməl edəcəyinə heç bir təminat yoxdur. Azərbaycan indi olduğu kimi öz mövqeyini gücləndirsə, müxtəlif strukturlarda gündəmi diktə etsə, təşəbbüslərlə çıxış etsə, ona təzyiq edənlərlə mübarizə aparmaq imkanları daha çox olacaq. Bundan əlavə, Azərbaycan eyni zamanda, sığortalanmalı və müharibəyə hazırlaşmalı olacaq”.

Seçilən
25
10
ulusum.az

10Mənbələr