Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 267 manat təşkil edib...
Bu barədə Poliqon Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,4 % artıb.
Qeyd edək ki, bu ilin 7 ayında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı bir il öncəki göstəriciyə nisbətən 8,3 % artaraq 1 002,4 manat olub.
Poliqon.info