Müğənni Əminə Şirin toyunun həbsxanada olmasından danışıb.Dia-az.Media axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, "Qapqara" yutub layihəsində söz açıb.O, aktyor Kamran Ağabalayevin "Səbəb nə idi" sualına belə reaksiya verib:"Bunun səbəbi olur? Niyə bu, insanları təəccübləndirir? Gözləməyə qalsaydı, gərək onu 7 il gözləyərdim. Adam təklif etdi, mən də qəbul etdim. Toy maraqlı keçdi: rəsmi nikah, kəbin. Gözümü heç nə bağlamamışdı, açıq gözlə getdim. Mənim üçün normaldır. Deyirlər, getdi, orada ailə qurdu. Camaat deyir, sevəndə sənin üçün dünyanın o başına gedərəm... Yenə olsa, yenə də edərəm. Növbəti toyum dəlixanada olacaq".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta