AZ

Polşa Yaxın Şərqdəki eskalasiya səbəbindən miqrant sayının artacağını düşünür

Polşa hakimiyyəti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Belarusla sərhəddə qanunsuz miqrantların sayının artacağını gözləyir.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

“Bəli, bunun sərhəddə təzyiqi artırması ehtimalı var, biz buna hazırıq”, - PAP agentliyi nazirin sözlərindən sitat gətirib.

O, jurnalistlərdən birinin Yaxın Şərqdə baş verənlərlə bağlı Polşanı miqrasiya dalğası ilə təhdid edib-etmədiyi sualına belə cavab verib. Siyasətçi əlavə edib ki, onun rəhbərlk etdiyi idarə vəziyyətin inkişafını diqqətlə izləyir.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
23
6
missiya.az

7Mənbələr