AZ

ABŞ və NATO Ukraynanı müzakirə etdi

ABŞ-nin müdafiə naziri Lloyd Ostin NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığında Ukraynaya dəstək olduğunu vurğulayıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən yazılı açıqlamaya görə, danışıq zamanı Ostin ABŞ-nin NATO üçün prioritetlərini və qarşıdan gələn NATO müdafiə nazirlərinin toplantısını müzakirə edib. 

Ostin NATO-nun müdafiə səylərini gücləndirməyə, Ukraynaya dəstəyi davam etdirməyə və transatlantik müdafiə sənayesi bazasının gücləndirilməsinə toxunub. 

İkili bəyan edib ki, NATO-nun Ukraynaya dəstək səyləri Ukraynanın gələcək NATO üzvlüyü üçün körpü yaradacaq. Ostin və Rutte həmçinin Yaxın Şərqdə davam edən qeyri-sabitliyi və NATO-nun İraqda potensialın gücləndirilməsi missiyasını davam etdirmək əzmində olduqlarını bildiriblər. 

Seçilən
17
2
cebheinfo.az

5Mənbələr