AZ

Türkmənlərin İraq hökumətindən tələbi var

İraq türkləri türkmən dilinin rəsmi dil kimi tanınması təşəbbüsü ilə çıxış etdilər.

"Unikal" xəbər verir ki, bu barədə İraq Türkmənləri Cəbhəsi İcraiyyə Komitəsinin üzvü Aydın Maruf Ərbildə keçirdiyi mətbuat konfransında məlumat verib. O, türkmənlərin İraqın ən böyük etnik icmalarından biri olduğunu və buna görə də öz dil və mədəni hüquqlarını qorumaq hüququna malik olduqlarını vurğulayıb.

İraq Türkmən Cəbhəsi (Türkmənlər) 1995-ci ildə qurulan və İraqdakı türkmənləri təmsil edən siyasi hərəkatdır. 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra Cəbhə Kərkükün türkmənlərə məxsus olduğunu iddia edərək, ona nəzarəti mübahisələndirib.

Seçilən
68
50
unikal.az

10Mənbələr