Milli Qvardiya və ya ABŞ Silahlı Qüvvələri radikal “yuxuda gəzənlərin” fəaliyyətini yatırmaqla Birləşmiş Ştatlarda potensial seçki iğtişaşlarının öhdəsindən gəlməyə kömək edə bilər...
Poliqon xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Fox News telekanalına müsahibəsində deyib.
“Ölkəmizdə çox pis insanlar, xəstə insanlar, solçu “axmaqlar” var. Lazım gələrsə, Milli Qvardiya onlarla mütləq məşğul olmalıdır”, deyə sabiq prezident bildirib.
Tramp ABŞ seçkilərində mümkün iğtişaşlar barədə suala cavab verərkən belə bir təhlükənin “daxili düşməndən” gəldiyini qeyd edib. Eyni zamanda prezidentliyə namizəd “daxili düşmən” dedikdə nə demək istədiyini və kimləri nəzərdə tutduğunu açıqlamayıb.
Poliqon.info