AZ

Rusiya XİN Cənubi Koreyaya XƏBƏRDARLIQ ETDİ

Rusiya Cənubi Koreyaya xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb.

“Seul KXDR-nin xəbərdarlığını ciddi qəbul etməli və təxribat kampaniyası ilə Koreya yarımadasında vəziyyəti gərginləşdirməyi dayandırmalıdır”, – Zaxarova bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Cənubi Koreya PUA-larının hücumları “KXDR-in suverenliyinə kobud qəsd, habelə daxili işlərə müdaxilədən başqa hesab edilə bilməz”.

“Regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi yalnız bölünməz təhlükəsizlik prinsipinə əsaslanan siyasi və diplomatik vasitələrlə mümkündür. Hərbi təcavüz Cənubi Koreyanın və onun “böyük” müttəfiqi ABŞ-nin əsl məqsədi olmasa, alternativ yol yoxdur”, – Zaxarova vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
22
interpress.az

10Mənbələr