Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) vəzifəli şəxsi vəfat edib.
Titul.az News24.az-a istinadən bildirir ki, ŞİH-nin ərazi idarəetmə şöbəsinin baş məsləhətçisi 36 yaşlı Elnur Rufullayev bu gecə dünyasını dəyişib.
E.Rufullayevin bir neçə gün bundan əvvəl insult keçirtdiyi və Bakı şəhərində müalicə aldığı bildirilir. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.