AZ

Mirozyan “3+3” regional platformasının III iclasında iştirak edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan "3+3” regional platformasının üçüncü iclasında iştirak edəcək.Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

O, "3+3” regional platformasının üçüncü iclasının oktyabrın 18-də İstanbulda keçiriləcəyini deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl platformanın növbəti iclasında iştirakını təsdiqləyib. İran tərəfi İstanbulda keçiriləcək görüşdə ölkənin xarici işlər naziri Abbas Əraqçinin də iştirak edəcəyini açıqlayıb.

"3+3” platformasının ilk iclası 2021-ci ilin dekabrında baş tutub. Sonra iclasda Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. Gürcüstan görüşdə iştirakdan imtina edib. Platformanın ikinci iclası 2023-cü ilin oktyabrında İranın paytaxtı Tehranda xarici işlər nazirləri səviyyəsində baş tutub. Gürcüstan platformanın ikinci iclasında iştirak etməyib.

www.anews.az
Seçilən
15
21
anews.az

10Mənbələr