AZ

Donor böyrəyinə ehtiyacı olduğunu öyrənən pizzaçı müştərinin həyatını xilas eti

ABŞ-da pizzaçı donor böyrəyinə ehtiyacı olduğunu bildiyi müştərinin həyatını xilas edib.

HİT.az bu barədə "Unilad"a istinadən xəbər verir.

Mark İakonoya məxsus Bruklindəki "Lucali" pizzaçısı bölgənin ən yaxşı müəssisələrindən biri hesab olunur və Ed Şiran, Devid Bekhem və Paul Makkarti də daxil olmaqla bir sıra məşhurları cəlb edir. Bununla belə, məşhur restoranın pərdə arxasında təsirli bir hekayə baş verib.

"Pizzeria Lucali"yə tez-tez baş çəkən Teo Alano COVID-19-a yoluxub və sonra böyrək çatışmazlığından əziyyət çəkib. Təcili xəstəxanaya yerləşdirildikdən sonra həkimlər onun həyatının təhlükədə olduğunu bildiriblər - onun böyrək transplantasiyasına ehtiyacı var, lakin siyahıya görə transplantasiya üçün təxminən 10 il gözləməli olacaq.

Çarəsiz qalan Teo sosial şəbəkələrdə kömək üçün müraciət edib. Onun elanı "Lucali" pizzaçısının sahibi Mark İakononun diqqətini çəkib. Restoran sahibi elanı 200 mindən çox abunəçisi olan restoranın hesabına yenidən yerləşdirib. Bu yazı şəxsi faciəyə görə çoxdan orqan nəqli olan kiməsə kömək etmək istədiyi üçün donor olmağa qərar verən Rusti Rastellonun diqqətini çəkib.

Çoxlu testlərdən sonra Rustinin böyrəyinin Teoya uyğun olacağı müəyyənləşib və hər iki şəxs əməliyyat olunub. Əməliyyat və müvəffəqiyyətli keçib.

Samir
 

Seçilən
50
40
hit.az

10Mənbələr