AZ

Tomas Tuxel “Bayern”i ən azı 3 milyon avro qabağa saldı

Alman mütəxəssis Tomas Tuxel İngiltərə yığma komandasına baş məşqçi təyin edilməklə sabiq klubu “Bayern”i də qabağa salıb.

Arena.az bu barədə jurnalist Florian Plettenberqə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, Almaniya nəhəngi ən azı 3 milyon avro məbləğində pul vəsaitinə qənaət etmiş olacaq. Mənbənin məlumatına görə, Tomas Tuxel cari ilin iyun ayında “Bayern”in baş məşqçisi vəzifəsindən ayrıldıqdan sonra Münhen klubu məşqçi və onun heyətinin üzvlərinə maaş ödəməkdə davam edir. Ödənişlər tərəflər arasında mövcud müqavilə əsasında həyata keçirilir. Bu müddət ərzində Tuxelin yeni işə təyin edilməsi istisna olmaqla, “Bayern” pulu növbəti mövsümün sonuna qədər ödəməli idi. Tuxelin 2025-ci il yanvarın 1-dən İngiltərə yığma komandasının sükanı arxasında işə başlaması ilə “Bayern” ən azı 3 milyon avro məbləğə qənaət etmiş olacaq. Alman mütəxəssis “üç şir”i çalışdırmağa başadığı gündən “Bayern” Tuxel və onun qərərgahına ödənişləri dayandıracaq.

Hazırda İngiltərə yığması ingilisəsilli irland mütəxəssis Li Karslinin rəhbərliyi altındadır. Karsli baş məşqçi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edərək, “üç şir”ə “baxıcılıq” edir. İlin sonunda Karsli vəzifəsini təhvil verəcək və alman mütəxəssis Tomas Tuxel yeni ildən İngiltərə yığmasını çalışdıracaq. Tomas Tuxellə müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Tomas Tuxelin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.

Seçilən
29
50
arena.az

10Mənbələr