AZ

İsrail hücum etsə, İran bu hədəfləri VURACAQ

"Ölkəyə qarşı istənilən hücum “qırmızı xətti” keçmək kimi qiymətləndiriləcək".

OXU24.COM  xəbər verir ki, "Press" TV telekanalı İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərindən sitat gətirib.

“İranın nüvə obyektlərinə hər hansı bir hücum və ya oxşar reydi lazımi cavabla qarşılanacaq”, - nazir deyib.

Onun sözlərinə görə, Tehran İsraildəki bütün hədəfləri müəyyənləşdirib və analoji zərbə onlara da vurulacaq.

O, həmçinin qeyd edib ki, ABŞ dəstəyi olmasa, İsrail Livan və Qəzza zolağında hərbi əməliyyatlar keçirə bilməz .

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə yüzə yaxın raket zərbəsi endirib. Onların əksəriyyəti ələ keçirilib. İsrail hücuma cavab verəcəyini vəd edib.

ABŞ prezidenti Co Bayden jurnalistlərə deyib ki, Vaşinqton İranın raket hücumuna İsrailin cavabının təfərrüatlarını bilir.

Rusiya İsraili hətta İranın nüvə obyektlərinə hücum ehtimalına qarşı xəbərdarlıq edib .

Seçilən
45
50
oxu24.com

10Mənbələr