AZ

®“PMD Hospitality”-dən “TABIA Group”a: "Yenilənən Qonaqpərvərlik Təcrübələri" -FOTO

Oktyabrın 18-də TABIA Group uzun müddətdir gözlənilən rəsmi açılışını qeyd etdi və bununla da artıq “PMD Hospitality”nin qonaqpərvərliyin gələcəyini yenidən müəyyənləşdirməyi hədəfləyən bir brendə çevrilməsini bəyan etdi. Yeni brend, qonaqpərvərlik sahəsində gələcək təcrübələri yenidən formalaşdırmağı və yeni standartlar müəyyən etməyi hədəfləyir. Tədbirdə sənaye liderləri, media nümayəndələri və digər qonaqlar iştirak edərək, “TABIA”nın yeni brend kimliyi, ilham verən missiyası, vizyonu və strateji hədəfləri ilə tanış oldular.

Bu rebrendinq TABIA Groupun yeni və həyəcanverici bir dövrünə başlanğıc kimi qiymətləndirilir. Brendin geniş portfeli sağlamlıq otelləri, zortlar və şəhər otellərindən ibarətdir və bu məkanlarda qonaqlara müstəsna qonaqpərvərlik təcrübələri təqdim olunur.

“TABIA Group”un baş direktoru Uygar Koçaş bu transformasiyanın əhəmiyyətindən danışaraq deyib: “TABIA Group”un rebrendinqi şirkətin tarixində mühüm bir dönüş nöqtəsidir. Bu yenilik bizim qonaqpərvərliyə olan həvəsimizi və qonaqlarla olan hər təcrübədə sağlamlığı əsas tutaraq yaratdığımız mühitə olan davamlı diqqətimizi əks etdirir. Missiyamız fərdə yönəlik sağlamlıq və istirahət təcrübələri ilə gözləntiləri aşmaqdır, vizyonumuz isə “TABIA”nı həm yerli, həm də beynəlxalq səviyyədə lider etməkdir”.

TABIA Groupun vizyonunun əsasında özünəxas mədəni təcrübələri müasir rahatlıq və sağlamlıq anlayışları ilə birləşdirərək, qonaqpərvərlik sənayesində yeni standartlar yaratmaq məqsədi dayanır. Brendin əsas hədəfi isə Azərbaycanın qonaqpərvərlik ənənələrini qlobal səviyyədə və turizm sahəsində mükəmməllik nümunəsi kimi tanınmaqdır.

Tədbirdə iştirak edən qonaqlar “TABIA Group”un yaxın zamanda istifadəyə veriləcək yeni layihələri -“Hilton Garden Inn Baku”, “Ağdam City Hotel” və “The Central Point Hotel Baku” hotelləri, həmçinin sağlamlıq sahəsində transformativ təcrübə təqdim edən YENEE ilə tanış oldu. Bu yeni məhsul müasir tibbi metodologiyalarla birlikdə fərdiləşdirilmiş qidalanma proqramlarını və ixtisaslaşmış müalicələri bir araya gətirərək, müştərilərinin fiziki, psixoloji və emosional sağlamlığını ön plana çıxarır.

Bundan əlavə, “TABIA Group” qonaqlarına yenilənmiş, istifadəsi asan və müasir dizaynlı veb-saytını təqdim etdi. Bu veb-sayt qonaqlara sağlamlıq, şəhər otelləri və kurort təcrübələri haqqında rahat məlumat əldə etmək və asan rezervasiya imkanı yaradır. Tədbirdə, həmçinin “TABIA”nın qonaqpərvərlik vizyonunu və onun unikal təkliflərini vizual olaraq təqdim edən təsirli reklam çarxının təqdimatı keçirildi.

TABIA Group və onun gələcək layihələri haqqında daha ətraflı məlumat üçün https://tabia.az/ saytını ziyarət edə bilərsiniz.

Seçilən
26
10
azertag.az

10Mənbələr