AZ

"Cənubi Koreya Rusiyanın güclü düşməninə çevrilə bilər" - "Bild"

"Ukraynaya yalnız humanitar yardım göstərən Cənubi Koreya indi Ukraynaya silah göndərəcək..."
 
Rusiyanın Şimali Koreya hərbi qulluqçularından Ukraynaya qarşı müharibədə istifadə edilməsi Kreml hakimi üçün "böyük yanlışlıq" ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
 
Nəşrin icmalçısı Albert Link qeyd edir ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi artıq Rusiyanın Seuldakı səfirini çağıraraq KXDR qoşunlarının Ukraynaya qarşı müharibəyə göndərilməsinə qarşı etirazını ifadə edib. Onun sözlərinə görə, Putin bununla Cənubi Koreyanın timsalında daha bir güclü düşmən əldə edə bilər.
 
"Bu, Putin üçün dəhşətli ssenaridir. İndiyədək Ukraynaya yalnız humanitar yardım və kaskalarla dəstək verən Cənybi Koreya Kim Çen Inın müharibəyə daxil olmasına cavab olaraq Ukraynaya silah göndərir. Kiçik Cənubi Koreya (Avstriyadan bir az böyük) 3, 6 milyon (500 min fəal, 3, 1 milyon ehtiyatda) əsgərilə dünyanın ən böyük ordularındandır", - Link qeyd edib.
 
Ekspert əlavə edib ki, NATO standartlarına uyğun silahlardan istifadə edən Cənubi Koreyada müdafiə sənayesi çiçəklənir, hökumət 2027-ci ilədək silah ixracında kəmiyyətinə görə dördüncü olmağı planlaşdırır. İlk üç mövqedə ABŞ, Rusiya və Çin qərarlaşıb.
 
"Əgər Cənubi Koreya Ukraynaya silahla dəstək vermək qərarına gələrsə, bu, müharibənin gedişinə böyük təsir göstərəcək", -  Link bəyan edib.
 
Rusiyanın müxalif jurnalisti İvan Yakovina qeyd edib ki, Ukrayna indi Cənubi Koreyaya müraciət etməli və xüsusilə elektronika və mikroçiplər sahəsində yardım xahiş etməlidir. Ukrayna Silahlı Qüvvələri faktiki olaraq Şimali Koreya qüvvələrini çəkindirən Cənubi Koreya ordusunun işini icra edir.
 
Ekspert həmçinin belə bir fikir ifadə edib ki, Avropa ölkələri Şimali Koreya hərbi əsirlərin Cənubi Koreyaya göndərilməsinə icazə verməlidir, çünki orada xeyli əsirlər axını baş yarana bilər.
 
Onun sözlərinə görə, vəziyyət son dərəcə həyəcanlıdır, Şimali Koreya ikinci dünya savaşından sonra Avropada ən böyük hərbi münaqişənin iştirakçısına çevrilib. Bu presedenti dayandırmaq üçün radikal tədbirlər gərəkdir, Yakovina əlavə edib.
 
Şimali Koreya hərbçiləri ilə bağlı digər xəbərlər
 
Xəbər verildiyi kimi, Kursk vilayətindən qaçmağa cəhd edən KXDR hərbçiləri Ukrayma Silahlı Qüvvələrinə qarşı hücumlara cəlb edilə bilər. O cümlədən onlar elə həmin Kursk vilayətində mövqelərə hücum edə bilər.
 
Bundan başqa, KXDR hərbçiləri Ukraynaya daha yaxın yerlərə göndərilə bilər. Lakin ekspertin sözlərinə görə, onların Kursk vilayətində istifadə ediləcəyi güman edilir, bununla da onların Rusiya ərazisini müdafiə etdikləri bəyan ediləcək.
Seçilən
73
24
moderator.az

10Mənbələr