Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Bolqarıstan çempionatında 2024/2025 mövsümünün 8-ci turundan təxirə salınmış oyunlar keçirilib.
Azərbaycanlı futbolçunun komandası bu gün Sofiya təmsilçisi ÇSKA 1948 ilə qarşılaşıb. Səfərdə baş tutan bu oyunda “Arda” qalib gəlib – 2:1.
Hüseynov bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb.
“Arda” cari mövsümdə keçirdiyi 12 oyunda topladığı 18 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 44 rəsmi oyuna çıxıb, 1 qol vurub.