"Telegram"ın qurucusu Pavel Durov sosial şəbəkələrdə İrina Bolqarın paylaşdığı fotolarda xəcalətli görünür".
Publika.az xəbər verir ki, bunu rejissor Rodion Çepel “Malaxov” adlı verilişdə deyib.
Onun sözlərinə görə, həmin ailə fotolarında Durov fərqli, utanmış görünür. Çepel, Pavelin adi ailə adamı rolunda görünməsinin onun üçün qeyri-adi olduğunu söyləyib. Çepelin fikrincə, Durov ailə mövzusunda ənənəvi fikirlərə sadiq qalacaq bir insan deyil.
Xatırladaq ki, özünü Durovun üç uşağının anası adlandıran İrina Bolqar Durova qarşı alimentdən yayınma və uşaqlara qarşı fiziki zorakılığa görə İsveçrədə cinayət işi açıldığını bildirib.