AZ

Qazaxıstanda ölkənin ən uzun körpüsü açılıb

Qazaxıstanda ölkənin ən uzun avtomobil körpüsü trafikə açılıb.

"Cebheinfo.az" xəbər verir ki, Qazaxıstanın Baş nazir Oljas Bektenov Şərqi Qazaxıstan vilayətində Buxtırma bəndi üzərində inşa edilən ölkənin ən uzun körpüsünün açılış mərasimində iştirak edib.

Tikintisinə 2020-ci ildə başlanılan və hazırda başa çatdırılaraq istifadəyə verilən körpünün bölgədəki 6 rayon və 2 dövlət mərkəzini birləşdirdiyini bildirən Bektenov, “50 ildir ki, rayon əhalisi bəndin üzərindən yayda bərə ilə, qışda isə buz üzərində səyahət edirdi" deyib. Uzunluğu 1 316 metr olan ikizolaqlı körpüdən sutkada 80 minə yaxın avtomobil keçə bilir.

Seçilən
76
50
cebheinfo.az

10Mənbələr