1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı şəhəri Rəşid Behbudov və Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində sol zolaqdakı yol nişanı sürücülər arasında çaşqınlıq yaradıb.
Oxu.Az xəbər verir ki, sürücülərin sözlərinə görə, Dövlət Yol Polisi (DYP) onları saxlayaraq bu zolağın sola dönmək üçün olduğunu deyirlər:
"Bizə deyirlər ki, bu zolaqdakı yol nişanı sola dönmək üçündür. Amma orada düz hərəkət də göstərilir. Belə halların baş verməsi çaşqınlıq yaradır".
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, əraziyə baxış keçirilərək uyğunsuzluq aradan qaldırılacaq:
"Bir müddət əvvəl sözügedən ərazidə nəqliyyat vasitələri yolun sol hərəkət hissəsi ilə yalnız sola hərəkət edə bilirdilərsə, sonradan kəsişmədə həyata keçirilən dəyişiklik nəticəsində həmin zolaqla həm sola, həm də düzünə hərəkət təmin edildi. Yol nişanlanma xətlərində də müvafiq dəyişiklik olunub. Əraziyə baxış keçirilərək uyğunsuzluq aradan qaldırılacaq", - cavabda qeyd olunub.
Aygün Mirakif