AZ

Türkiyə ölkənin aviasiya sahəsində ən böyük müqaviləsini imzalayıb

"Bu müqavilənin böyük aviasiya qovşağı kimi öz mövqelərini fəal surətdə artıran Türkiyənin aviasiya sektoru üçün strateji əhəmiyyəti var..."
 
Türkiyənin "Turkish Airlines" milli aviasiya daşınma şirkəti "Airbus" şirkətindən dəyəri 30 milyard dollar olan 220 ədəd təyyarə alacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "inform.kz" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, müqavilə Almaniya federal kansleri Olaf Şoltsla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasına danışıqların nəricələrinə görə imzalanıb.
 
Oktyabrın 19-da İstanbulda görüş zamanı regionda vəziyyət və ikitərəfli münasibətləri əhatə edən məsələlər üzrə geniş müzakirələr aparılıb.
 
Danışıqların əsas nəticələrindən biri "Turkish Airlines" və "Airbus" şirkətləri arasında 30 milyon dollar məbləğində iri müqavilənin imzalanması olub.
 
Bu müqavilə Avropa şirkətinin 220 müasir avialaynerinin alışını nəzərdə tutur. Qeyd edilir ki, bu, Türkiyə aviasiya şirkətinin tarixində ən böyük sifariş olacaq.
 
Sifarişin tərkibi nədən ibarətdir?
 
Müqavilə şərtlərinə uyğun olaraq "Türkish Airlines" "Airbus" şirkətindən 150 ədəd dar füzelyajlı "A321neo" və 70 ədəd geniş füzelyajlı "A350" layner əldə edəcək. Onların arasında:
 
- 50 model "A350-900",
 
- 15 "A350-1000" təyyarələri,
 
- 5 "A350F" yük təyyarələri var.
 
Bu sifariş "Türkish Airlines" şirkətinə ekoloji təmizliyə və effektliliyə diqqət çəkərək öz donanmasını əhəmiyyətli dərəcədə artırmağa və mövcud hava gəmilərini modernləşdirməyə imkan verəcək.
 
Yeni "Airbus" hava gəmiləri müasir texnologiyalar və yüksək yanacaq effektliyini özündə ehtiva edir. 
 
Beləliklə, aviasiya şirkəti təkcə daşınma imkanlarını genişləndirməyə deyil, həm də daha qənaətcil təyyarələrdən istifadə edilməsi hesabına carbon izinin azaldılmasına tövhə verməyə can atır.
 
"Bu sifariş şirkətin təkcə operativ imkanlarının genişləndirilməsinə deyi, həm də onun ekoloji məqsədlərə nail olmasına kömək edəcək, bu da iqlim dəyişikliyi ilə qlobal mübarizə kontekstində vacibdir", - bunu şirkətin rəhbəri Əhməd Bola qeyd edib.
Türkiyə aviasiyası üçün əhəmiyyəti
 
Bu müqavilənin iri aviasiya qovşağı kimi öz mövqelərini fəal surətdə möhkəmləndirən Türkiyənin aviasiya sektoru üçün strateji əhəmiyyəti var.
 
Bu sifariş Türkiyənin aviasiya daşınmaları infrastrukturunun bundan sonra da inkişafına kömək edəcək, bununla da beynəlxalq reyslərin payını artıracaq və uzaq marşrutlarda sərnişinlər üçün şəraiti yaxşılaşdıracaq.
 
Qeyd edək ki, Türkiyə və Avropa İttifaqının aparıcı şirkətləri arasında müqavilə öz donanmasını 2033-cü ildə 813 təyyarəyədək artırmağı planlaşdıran "Türkish Airlines" şirkətinin uzunmüddətli strategiyasının bir hissəsidir.
 
Almaniya və Türkiyə bir çox onilliklər ərzində həm siyasi, həm də iqtisadi sahələrdə sıx münasibətləri olan iki dövlətdir. Lakin son illər bu münasibətlər qlobal çağırışlar, o cümlədən miqrasiya böhranı və Avropa İttifaqının siyasətində dəyişikliklərlə bağlı sınaqdan keçirilir.
Seçilən
81
50
moderator.az

10Mənbələr