AZ

Biznes analitik - VAKANSİYA

"TuranBank" ASC, Proseslərin təhlili və optimallaşdırılması üzrə biznes analitik (Mütəxəssis-Baş mütəxəssis) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Tələblər:

  • Ali təhsil (iqtisadi və ya texnoloji istiqamətdə olması arzuolunandır);
  • Azərbaycan dili (səlis), İngilis dili (texniki səviyyədə) bilikləri;
  • Güclü alqoritmik təhlil bacarığı;
  • Bank məhsul və xidmətləri haqqında biliklər;
  • BPM (Business Process Management) ilə bağlı biliklər;
  • Bank sistemləri, verilənlər bazaları, proqramlaşdırmaya dair ümumi biliklər;
  • Relyasiyalı verilənlər modeli və SQL haqqında ilkin biliklər;
  • Microsoft Office, MS Visio, Trello və digər lazım olan proqram təminatları ilə işləmə bacarıqları;
  • Bank sektorunda minimum 3 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Yaradıcılıq;
  • Təşəbbüskarlıq;
  • Problem həlletmə;
  • Əməkdaşlıq.

Öhdəliklər:

  • Proseslər üzrə cari vəziyyətin təsviri, modelləşdirmək;
  • Biznes proseslərinin effektivlik və səmərəliliyinin zaman, xərc, keyfiyyət, həcm göstəriciləri üzrə ölçmək;
  • Biznes prosesləri analiz edərək təkmilləşdirmə imkanlarını müəyyən etmək, təkliflər vermək, proses sahibi və digər maraqlı tərəflərin iştirakı ilə proseslərlə bağlı dəyişiklik ehtiyacını müəyyən etmək;
  • Prosesləri optimallaşdırmaq;
  • Proseslərin gələcək vəziyyətinin dizaynı;
  • Proses xəritəsi, iş axını sxemləri və proses sənədlərini hazırlamaq;
  • Prosedurlarda düzəliş etmək, proses icraçıları və sahibləri ilə razılaşdırmaq;
  • Biznes proseslərinin əməliyyat ardıcıllıqlarının prosedur, təlimatlarda tam təsvir etmək;
  • Sənədləşdirilmiş biznes proseslərinin ölçülməsi və təkmilləşdirilməsi məqsədilə monitorinqlər həyata keçirmək;
  • Biznes prosesləri üzrə əsas performans göstəricilərini müəyyən etmək və razılaşdırmaq;
  • Mövcud biznes tələbləri əsasında informasiya sistemlərinin inkişaf etdirilməsi üçün tərəflərlə müzakirələr aparmaq;
  • Biznes tələblərə əsasən informasiya sistemlərində ehtiyac olan funksional imkanları və onların işləmə məntiqini araşdırmaq, detallı təhlillər aparmaq və optimal həllər təklif etmək;
  • Hazırlanacaq informasiya sistemləri, proqram modulları və ya yeni funksional imkanlar üçün texniki tapşırıqlar hazırlamaq;
  • Biznes tələblərinə əsasən hazırlanmış texniki tapşırıqları proqramlaşdırma komandası ilə müzakirə etmək və razılaşdırmaq;
  • Proqramlaşdırma komandası və biznes strukturları arasında əlaqələndirməni həyata keçirmək;
  • Sistem sınaqlarında və sistemin tətbiqi prosesində iştirak etmək;
  • Proqram təminatının həyata dövrü boyunca inkişaf layihələrində iştirak etmək;
  • Müvafiq işlərlə əlaqədar təqdimatlar hazırlamaq.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  

Zemfira Ms
Fins.az

Seçilən
76
47
fins.az

10Mənbələr